EN

“Nar mobile” Bakıdakı beynəlxalq məktəbi məhkəməyə verdi

“İnternational Language School” MMC məhkəməyə verilib.

TEMPİNFO xəbər verir ki, bununla bağlı “Azerfon” Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Şikayətə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Nar mobile” Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanıdır.

TEMPİNFO

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
tempinfo.az

1Sources