EN

Qadın balta ilə öldürüldü - Əri tutuldu

Qadın balta ilə öldürüldü - Əri tutuldu

Bu gün saat 02 radələrində Daşkəsən rayonunda 39 yaşlı qadın qətlə yetirilib.

Bu barədə "Qafqazinfo"ya Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
35
sonxeber.az

10Sources