EN

"Yenilməz olduğumuz üçün şadam" - Murat Yakın

style='margin-bottom:10px;'>

“İlk növbədə futbolçularımı təbrik etməliyəm. Bu, taktiki oyun idi. Döyüşdük, çox qaçdıq. Belə rəqiblə qarşılaşmaq çətindir. Amma oyunumuzdan razıyam. Bu, böyük bir sınaq idi".

QOL.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-ün 3-cü turunda Almaniya ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

İsveçrə millisi ötən gecə güclü rəqibi ilə 1:1 hesablı heç-heçə edərək qrup ikincisi kimi pley-offa yüksəlib.  Türk əsilli mütəxəssis  matçı və mərhələ adlamaqlarını belə şərh edib:

"Hücumçularımız yaxşı iş gördülər. Ümumi komanda hücumda və müdafiədə yaxşı çıxış etdi. İndi növbəti oyuna hazırlaşmağa bir həftə vaxtımız var. Yenilməz olduğumuz üçün şadam. Bu, birincilik üçün kifayət etmədi, amma hər halda müsbət haldır. İsveçrə millisi çox çalışan və düzgün komanda ruhuna malik kollektivdir”.

Qeyd edək ki, İsveçrə millisi qrupun digər oyunlarında Macarıstana qalib gəlib, Şotlandiya ilə heç-heçə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
teleqraf.com

1Sources