EN

Cozep Borrell Yaxın Şərqlə bağlı xəbərdarlıq etdi

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqdə gərginliyin artaraq regional münaqişəyə çevrilməsi ehtimalı barədə xəbərdarlıq edib.

Rəsmi internet səhifəsində paylaşım edən Cozep Borrell İsrailin Qəzzaya hücumlarının davam etdiyinə diqqət çəkib və bölgədə gərginliyin artması riskinə qarşı xəbərdarlıq edib.

"Hizbullahın da iştirak etdiyi genişmiqyaslı münaqişə riskinin olduğu bir həqiqətdir. Əgər münaqişə Livana yayılarsa, bu, regiona və onun hüdudlarından kənara ciddi təsir göstərəcək", - deyə Cozep Borrell paylaşımında vurğulayıb.
Qeyd edək ki, Cozep Borrell və Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç Qəzzadakı vəziyyətlə bağlı birgə yazılı açıqlama veriblər.
“Qəzzadakı böhran daha bir ''qırılma nöqtəsi''nə çatıb” ifadələrinin işlədildiyi bəyanatda bölgəyə humanitar yardımın çatdırılmasının demək olar ki, imkansız olduğu bildirilib.
Açıqlamada həmçinin bu ifadələrə yer verilib:“Aclıqdan əziyyət çəkən mülki şəxslər mövcud məhdud yardıma çatmaq üçün çarəsiz tədbirlərə əl atırlar''.
Açıqlamada tədbir görülmədiyi təqdirdə humanitar yardım təşkilatlarının işlərini yerinə yetirə bilməyəcəyi bildirilib və bütün tərəflərə mülki şəxslərin müdafiəsi, onların əsas xidmətlərə çıxışının təmin edilməsi və humanitar əməliyyatlar üçün təhlükəsiz mühitin yaradılması ilə bağlı öhdəliklərinə əməl etmələri ilə əlaqədar çağırış edilib.
Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həlak olanların sayı 37 minə çatıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
2
trt.net.tr

3Sources