EN

AK-2024: Uruqvay və ABŞ qalib gəldi, Braziliya mübarizəyə başlayır

ABŞ-da keçirilən Amerika kuboku turnirində ilk turun oyunları davam edir.

Publika.az xəbər verir ki, ötən gecə daha 2 görüş C qrupunda baş tutub.

Təşkilatçı ölkənin milli komandası Boliviyanı qəbul edib. Birləşmiş Ştatlar yığmasının heyətində Folarin Baloqun və Kristian Pulişiçin ilk hissədə vurduğu qollar görüşün müqəddaratını həll edib - 2:0.

Digər matç Uruqvay və Panama komandaları arasında baş tutub. Görüş uruqvaylıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Cənubi Amerika təmsilçisinin heyətində Maksimiliano Arauxo, Darvin Nunyes və Matias Vinya hərəyə bir qol vurub. Panamalıların təsilli qolunu isə Mikael Murilyo vurub.

Bu gün turnir çərçivəsində daha 2 görüş keçiriləcək. D qrupunda Kolumiya Paraqvay ilə qarşılaşacaq. Braziliya isə Kosta Rikanı sınağa çəkəcək.

Amerika kuboku-2024: Qrup mərhələsi, 1-ci tur
24 iyun
D qrupu
ABŞ - Boliviya 2:0
Qollar: Kristian Pulişiç, 3. Folarin Balogun, 44

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
publika.az

1Sources