EN

Aİ Macarıstanın Rusiya aktivləri hesabına silah alınmasına veto qoymasından yan keçmək üçün sxem yaradıb- ÖZƏL

Avropa İttifaqı Macarıstana Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukrayna üçün silah alışına Macarıstanın vetosundan yan keçməyə imkan verəcək mexanizm hazırlayıb. 

Olaylar.az xəbər verir ki, Bunu "Financial Times"a Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

Avropa rəsmisi qeyd edib ki, Rusiya aktivlərindən istifadə etməkdən imtina edən Macarıstan nümayəndələri bu pulların istifadəsinə dair qərarda "iştirak etməməlidirlər".

O, yeni sxemin praktikada necə işləyəcəyini izah etmədən əlavə edib: "Baypas mexanizmi hər hansı hüquqi həll kimi mürəkkəbdir, lakin işləyir".

Xosep Borrelin sözlərinə görə, Budapeştin mövqeyi onun Moskva ilə sıx əlaqələri ilə izah olunur. Macarıstan hökuməti Aİ diplomatiya rəhbərinin bəyanatlarını şərh etməkdən imtina edib.

2024-cü ilin martında Malta, Lüksemburq və Macarıstan Rusiyanın aktivlərinin Ukrayna Silahlı Qüvvələri üçün istifadəsinə qarşı çıxış ediblər.

Belçikanın maliyyə naziri Vinsent van Peteqem bildirib ki, ölkə hakimiyyəti Rusiya Federasiyasının Avropa İttifaqında dondurulmuş aktivlərinə həbs qoyulmasının əleyhinədir, çünki bu, gözlənilməz nəticələrə gətirib çıxaracaq.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiyanın Qərb ölkələrinin kifayət qədər aktivlərinin olduğunu vurğulayıb. Kollektiv Qərb Rusiyanın yurisdiksiyasındakı aktivlərini müsadirə etmək qərarına gəlsə, Moskva da buna cavab verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
olaylar.az

1Sources