EN

Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb - Baş prokuror

Bakı. Trend:

Ölkəmiz qlobal iqlim dəyişmələrinin təsirindən kənardaqalmayıb.

Trend xəbər verir ki, bunu Baş Prokuror Xankəndi şəhərindəkeçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və HüquqMühafizə Tədbirlərinin rolu” mövzusunda" elmi-praktiki konfranszamanı deyib.

Baş prokuror bildirib ki, kənd təsərrüfatı, su resursları,enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonalarıAzərbaycanda iqlim dəyişikliyinə həssasdır:

"Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalqhəmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cüilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqındasərəncam imzalayıb.

Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulanölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdəndövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili”elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizigenişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətindəgörüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbərverir".

Chosen
136
12
az.trend.az

10Sources