EN

Türkiyəli nazir: Mediasiya sistemi dövlət və cəmiyyət üçün vacibdir

Türkiyəli

Ankara, 24 iyun, AZƏRTAC

2013-cü ilin noyabrında Türkiyədə tətbiq edilən mediasiya institutu sayəsində artıq 3,8 milyondan çox mübahisənin məhkəməyə qədər həlli təmin edilib ki, bu da ölkənin ədliyyə sisteminin yükünü əhəmiyyətli dərəcədə azaldıb.

AZƏRTAC xəbər verir ki, bunu Ankarada Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

Nazir xatırladıb ki, mövcud qanunvericiliyə görə, istehlak sahəsində və ya ticarət münasibətlərində ziddiyyətlər yarandıqda, mediatorlara müraciət etmək məcburidir.

Tunç qeyd edib ki, son 11 ildə Türkiyənin mediasiya sistemində cəmi 5 milyon 956 min 797 müraciət qeydə alınıb, 5 milyon 766 min 703 dosyeyə baxılıb, onların 3 milyon 830 min 372-si ilə bağlı yekun qərar qəbul edilib.

“Mediatorlar sayəsində təkcə ticarət sektorunda gündə orta hesabla 20 mübahisə məhkəməyə qədər olan müddətdə həll olunur. Bu sistem Türkiyə məhkəmələrinin yükünü azaltmaqla yanaşı, həm də cəmiyyətdə barışıqlıq və harmoniya mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə verir. Yəni, mediasiya sistemi həm dövlət, həm də cəmiyyət üçün vacibdir”, -deyə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
azertag.az

2Sources