EN

Həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik xətti qəzalı vəziyyətdədir, şikayətinə baxan yoxdur… - BEYLƏQAN SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR / VİDEO

Beyləqan rayonu, İkinci Şahsevən kənd sakini Əliyev Rafiq Bəiş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. R.Əliyev rəsmi qurumlardan şikayətçidir:

“Mən, Əliyev Rafiq Bəiş oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, Vətən müharibəsinin iştirakçısıyam.

Həyatyanı sahəmi səmərəli şəkildə istifadə edə bilmirəm. Buna səbəb isə həyətdən keçən və qəzalı vəziyyətdə olan yüksək gərginlikli elektrik xəttidir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsəm də, şikayətimə baxılmır”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-materialı olduğu kimi oxucularımıza çatdırırıq:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
hurriyyet.az

1Sources