EN

Macarıstan millisi Avropa çempionatının tarixinə düşüb

Macarıstan yığması Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlmək şanslarını qoruyub.

90deqiqe.Az "Opta"ya istinadən xəbər verir ki, “Sehrli macarlar” qələbə qolunu sonuncu dəqiqələrdə Roland Şallayın ötürməsindən sonra Kevin Çobot vurub.

Çobot  Şotlandiya millisinin qapısına 99-cu dəqiqə 32-ci saniyədə yol tapa bilib.

Beləliklə, bu qol əlavə vaxtlar nəzərə alınmadan Avropa çempionatında ən son dəqiqələrdə vurulan qol kimi qeydə alınıb.

Macarıstan komandası üç xalla A qrupunda üçüncü yeri tutub. Digər kvartetlərdə ən azı iki üçüncü yer daha pis nəticə göstərsə, “Sehrli Magyarlar” pley-offda olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
50
90deqiqe.az

10Sources