EN

ABB-də yeni təyinat olub

Aktivlərinə görə ölkənin ən iri bankı olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) strukturunda yeni təyinat olub.

Banker.az xəbər verir ki, İdarə Heyətinin sədrinin əmri ilə Fariz Rəhimov ABB-nin Risk Ofisinin rəhbəri təyin edilib.

2019-cu ilin noyabrından F.Rəhimov Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsi ilə bərabər, bir sıra komitələrin də üzvüdür.

O, həmçinin 2023-cü ildən ABB-nin prosessinq şirkəti – “Azərikart” MMC-də də Audit Komitəsinin üzvüdür.

F.Rəhimov 2011-ci ildən ABB-nin heyətinə qatılıb. O, buna qədər Azərbaycan Mərkəzi Bankında çalışıb.

Fariz Rəhimov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq iqtisadiyyat üzrə bakalavr və magistr, Durham Universitetində maliyyə üzrə magistr dərəcələrinə sahib olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
1
banker.az

1Sources