EN

Mahaçqalada öldürülən Adil və Ömər bu vəzifəli şəxsin oğulları imiş

Mahaçqalada təhlükəsizlik qüvvələri ilə toqquşan silahlıların Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğulları olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, Osman və Adil Ömərovlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olublar.

Rusiya Milli Antiterror Komitəsi (MTK) Mahaçqalada üç hücumçunun məhv edildiyini, ikisinin Dərbənddə zərərsizləşdirildiyini təsdiqləyib .

Baza Telegram kanalının məlumatına görə, üçüncü yaraqlı 32 yaşlı Abdusamad Amadzievdir.

Öz növbəsində Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi Mahaçqalada dörd terrorçunun məhv edilməsi barədə məlumat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
1
publika.az

2Sources