EN

Xaçmazda sahibkarı qətlə yetirən şəxs yenidən məhkəmə qarşında

Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 25-nə təyin edilib.
 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. 

 

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il, Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 24 İyun 2024, 08:53   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
pravda.az

1Sources