EN

Toyda bir masa ətrafında oturmadığı tanışını öldürən şəxs şikayətçidir

Beyləqan rayonunda adam öldürməkdə təqsirləndirilən Nicat Əsədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 28-nə təyin edilib.
 

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.

 

Qeyd: 2022-ci il oktyabrın 16-sı saat 23 radələrində rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

 

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

 

İttihama görə, Nicat Əsədov hadisə günü toy məclisində iştirak edib, spirtli içki qəbul edib. Rahib Abbaslı əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq təqsirləndirilən şəxsi təhqir edib. Sonda hadisə ölümlə nəticələnib.

 

Kamal Məmmədov

 

Tarix: 24 İyun 2024, 08:39   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
pravda.az

1Sources