EN

Xəstənin ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısında

Qəbələdə səhlənkarlıqda təqsirləndirilən Vahid Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

 

Şikayət hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Vahid Babayev 1995-ci ildən həkim-anestezioloq işləyir. O, 10 il Qəbələ Mərkəzi Xəstəxanasında şöbə müdiri olub. Yüzlərlə xəstənin əməliyyatında iştirak edib, onlarla həkim yetişdirib. Sonradan V.Babayev yaşla əlaqədar şöbə müdirliyindən istefa verib və təqaüdə çıxıb. Onun yerinə TƏBİB tərəfindən xəstəxanaya göndərilən Azər Söhbətov təyin edilib. Sonradan tələbatlı həkim olduğu üçün müqaviləli şəkildə xəstəxanada işləməyə davam edib.

 

İttihama görə, 2023-cü ilin yanvar ayında Süleymanlı Murad Oqtay oğlu səhhətindəki problemlə əlaqədar Qəbələ RMX PHŞ-yə müraciət edib. O, əməliyyat öncəsi anestezioloq-reanimatolq Həyat Ədilova tərəfindən müayinə olunub, protokol tərtib edilib və xəstəyə həmin sənədə imza atdırılıb. Ancaq Həyat həkim istirahətdə olduğu üçün əməliyyata digər anestezioloq Telman Sərkərov girib. O, xəstəyə anesteziya üçün preparatları vurdurub, amma nədənsə özünü pis hiss etdiyini deyərək, xəstəni əməliyyat masasında qoyaraq, əməliyyatxanadan çıxıb. Bu səbəbdən əməliyyata digər həkim-anestezioloq Azər Söhbətov çağırılıb. O, artıq xəstənin halının pisləşdiyi və əsdiyini görərək intubasiya etməyə başlayıb.

 

Məlumata görə, tibb bacıları, həkimlər əl-ayağa düşüb və şöbəyə kömək üçün qaçıblar. Bu zaman evə getməyə hazırlaşan Vahid həkimi liftin yanında görüb, köməyə çağırıblar. Həkim hətta geyimini dəyişməyə imkan tapmadan əməliyyat blokuna girib. Sonra xəstə vəfat edib.

 

İş üzrə Vahid Babayev cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 24 İyun 2024, 08:28   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
pravda.az

1Sources