EN

Ukraynanın Sevastopola endirdiyi zərbələr nəticəsində 124 nəfər zərər görüb

Ukraynanın Sevastopola endirdiyi raket zərbələri nəticəsində 124 nəfər zərər görüb, 5 nəfər ölüb.

Bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev özünün Teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, 124 nəfər xəsarət alıb və dağıntılar var.

Qurbanların sayının artacağı istisna edilmir. Sevastopola edilən hücumla bağlı bu gün matəm elan edilib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Sevastopola hücumda ATACMS raketlərindən istifadə edilib. Onlardan dördü vurulub, biri isə hədəfə çatıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
oxumeni.az

1Sources