EN

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı artmaqda davam edir

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Ötən gün Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində həyata keçirilən terror aktları nəticəsində 15 nəfər polis həlak olub. Bu barədə Dağıstanın rəhbər Sergey Məlikov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, daha bir neçə nəfər mülki şəxs də terror hadisələrinin qurbanı olub.

Bu arada Dağıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, terror aktlarında iştirak edən 6 nəfər yerindəcə məhv edilib. Onlardan üç nəfərinin respublikanın Serqokalinski rayon rəhbərinin oğulları və qardaşı oğlu olduğu ortaya çıxıb.

Xatırladaq ki, dünən axşam saatlarında Dərbənddə sinaqoq və kilsəyə, eləcə də Mahaçqalada pravoslav kilsəsinə və yol polisi postuna hücum edilib. Nəticədə ölənlər və yaralananlar var.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
38
oxumeni.az

10Sources