EN

Sloveniya Prezidenti Ukraynaya səfər edəcək

Bakı. Trend:

Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevəsəfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişiimzalayacaq.

Trend xəbər verir ki, bu barədə Sloveniyanın Radio vəTeleviziyası məlumat yayıb.

“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə köməketməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlərnazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburibeynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətlidəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquzüzvü Kiyevlə analoji sazişlər imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
16
az.trend.az

10Sources