EN

İlon Maskın keçmiş arvadı "Taxt Oyunları"nın ulduzu ilə evlənib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sahibkar İlon Maskın keçmiş həyat yoldaşı, britaniyalı aktrisa Talula Rayli aktyor və "Taxtların Oyunu" serialının ulduzu Tomas Brodi-Sanqsterlə evlənib.
38 yaşlı Rayli və 34 yaşlı Brodi-Sangster 2021-ci ildə "Disney+" üçün "Sex Pistols" pank qrupu haqqında dramı çəkərkən tanış olublar. Cütlük ötən ilin iyulunda nişanlanıb. Daha sonra Mask öz "X" sosial şəbəkəsində onları təbrik edib.
Xatırladaq ki, Talula Rayli iki dəfə İlon Maskla evlənib: onlar ilk dəfə 2010-cu ildə evləniblər, iki il sonra isə boşanıblar, sonra 2015-ci ildə yenidən ailə qurublar və daha sonra tamamilə ayrılıblar. Onların birgə uşaqları yoxdur.
Mənbə: The Sun
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
50
oxu.az

10Sources