EN

Roland Sallai Şotlandiya – Macarıstan oyununun ən yaxşısı seçildi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Şotlandiya – Macarıstan matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstanın futbolçusu Roland Sallai qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

UEFA-nın Texniki Müşahidə Şurası onun çıxışını yüksək qiymətləndirərək qeyd edib: "Çətin oyunda Sallai Macarıstan üçün hərəkətverici qüvvə idi. Qapıya zərbələr və arxadan qaçışları, xətti qıran topu daşıması ilə şanslar yaradırdı. Oyunun dəyişmə anında o, təmkinli qalmağı bacardı və qələbə qolunun ötürməsini verdi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
ikisahil.az

1Sources