EN

Drəbənddəki terrorda Ukrayna və NATO-nun əli var - Rusiya Duması

Rusiya Dövlət Duması Dağıstanda baş verən terror aktını Ukrayna və NATO kəşfiyyat xidmətləri ilə əlaqələndirib.

Teleqraf.com xəbər verir ki, bu badədə Dumanın Dağıstan deputatı Abdulxakim Hacıyev “Rossiya-24” telekanalında açıqlamasında danışıb.

O, Dağıstanda baş verən terror aktını Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri ilə əlaqələndirib: "Dediyim kimi, bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər".

O bildirib ki, Rusiya bütün cəbhələrdə uğur qazandığından Kiyev və Qərb Rusiyanı daxili vəziyyətində sarsıtmaq istəyir.

Daha öncə bildirilmişdi ki, Dağıstanda hücum edənlər beynəlxalq terror təşkilatı ilə əlaqəli ola bilərlər.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələri cinayətin əvvəlcədən planlaşdırıldığına əmindir.


Müəllif: Arzu
Chosen
152
teleqraf.com

1Sources