Avropa çempionatının qrup mərhələsinin III turu üzrə A qrupunun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Almaniya yığması İsveçrə ilə, Şotlandiya millisi isə Macarıstanla üz-üzə gəlib. Oyunlar müvafiq olaraq heç-heçə və macarların qələbəsi ilə yekunlaşıb. 

Beləliklə, AÇ-2024-də Almaniya və İsveçrə milliləri 1/8 finala yüksəlib. 

İsveçrə 1-1 Almaniya 

Şotlandiya 0-1 Macarıstan