EN

Dağıstan İşıqları polis idarəsinin rəisi Dərbənddə ölüb...

Dağıstan İşıqları polis idarəsinin rəisi yaraqlılarla atışma zamanı həmkarlarına kömək etmək üçün gəldiyi Dərbənddə ölüb.

SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Dərbənddə polis idarəsinin rəisinin ağır yaralandığı dəqiqləşdirilsə də, amma təəssüf ki, həkimlər ona kömək edə bilməyiblər.

Bazar günü axşam, iyunun 23-də naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəyə hücum ediblər. Daha sonra Mahaçqalada yol polisi postunun atəşə tutulması və kilsəyə hücum barədə məlumat yayılıb. Dağıstanda antiterror əməliyyatı rejimi elan edilib.

Son məlumatlara görə, yaraqlıların Dərbənd və Mahaçqalaya hücumları nəticəsində 9 nəfər həlak olub. Onların arasında yeddi hüquq-mühafizə orqanının əməkdaşı da var.

Daha 25 nəfər yaralanıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
48
sia.az

10Sources