Bazar günü axşam saatlarında islamçı radikallar Mahaçqala və Dərbənddə kilsə və sinaqoqlara hücum edərək yandırıblar. Rəsmi məlumatlara görə 9, qeyri-rəsmi məlumatlara görə isə 20-dən çox insan həlak olub.
Bazar günü gecə yarısına olan məlumata görə, terrorçularla döyüşlər davam edib, bir neçə terrorçu və 7 polis öldürülüb.
Öldürülən terrorçulardan ikisi Dağıstan rayonlarından birinin rəhbərinin oğullarıdır.