EN

Dəyiş-düyüş edildiyini arvadından eşitdi - Duş qəbul edərkən...

“Los-Anceles”in yeni oyunçusu Dars Kemper “Vaşinqton”a transfer olunduğunu necə öyrəndiyi haqda danışıb.

Referans.az xəbər verir ki, Kemperin sözlərini “LA Kings Insider” sitat gətirib.

Kemper, Piyer-Lyuk Dyuba ilə dəyiş-düyüş edilib.

Kemper bu dəyişikliyi duşda olarkən həyat yoldaşından öyrəndiyini deyib.

“Qəribə situasiya idi. Bunu anlamaq bir az çətindir. Amma bu xəbərə ikimiz də sevindik. Düzdü, köçmək üçün yır-yığış etməliydik, amma xokkey baxımından xoşbəxt idik.

Mən sübut etmək istəyirəm ki, keçən ilki pis mövsüm anomaliya idi. Bəzən həqiqətən çətin, çoxlu məyusluqlar olurdu. Öz üzərimdə işləməyə davam etdim, amma az oynadım. Ümid edirəm ki, gələn mövsüm hər şeyə yenidən başlayacağam. Mən komandaya mümkün qədər çox qələbə qazanmağa kömək edəcəyəm”, – Kemper deyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
referans.az

1Sources