İranda sünnilər seçkiyə qatılmayacaqlarını bildirirlər.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Sünni cəmiyyət seçkidə iştirak etməyəcək", - deyə İranın Mehristan şəhərinin cümə imamı bildirib.
İranın Mehristan şəhərinin cümə imamı Mövləvi Abdullah Kord bəluç əhaliyə və sünni icmasına qarşı mövcud ayrı-seçkiliyə də toxunub.
"Biz sünni icması savaba səs vermirik və həll edilməmiş tələblərimiz var. Buna görə də, biz 14-cü hökumətin seçkilərində iştirak etməyəcəyik.