EN

İDF və Şin Bet Qəzzada UNRWA-ın keçmiş qərargahından istifadə edən terrorçulara zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (İDF) və Şin Bet (İsrail Təhlükəsizlik Agentliyi) Qəzza zolağının mərkəzində HƏMAS və Fələstin İslami Cihad (PIJ) terrorçularının fəaliyyət göstərdiyi bir çox məntəqəyə zərbələr endiriblər.

“İki sahil” “The Yeruselim Post”a istinadla xəbər verir ki, İDF və Şin Bet kəşfiyyatının idarə etdiyi İsrail Hərbi Hava Qüvvələrinə (IAF) məxsus qırıcı təyyarələr HƏMAS və PIJ-ə aid terror infrastrukturuna zərbələr endirib. Terrorçular əvvəllər UNRWA-nın qərargahı kimi fəaliyyət göstərən və terror fəaliyyətləri üçün qalxan kimi istifadə edilən binalar daxilində fəaliyyət göstəriblər.

İDF qeyd edib ki, zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması üçün qabaqlayıcı tədbirlər görülüb, o cümlədən havadan müşahidə və dəqiq döyüş sursatlarından istifadə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
ikisahil.az

1Sources