Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün sonuncu - III turun oyunlarına start veriləcək.Turun ilk oyun günündə A qrupunun iki qarşılaşması baş tutacaq. Şotlandiya Macarıstanla, İsveçrə isə Almaniya ilə üz-üzə gələcək.
Hər iki görüş 23:00-da başlayacaq.
AVRO-2024
23 iyun
III tur
A Qrupu
23:00. Şotlandiya – Macarıstan
23:00. İsveçrə – Almaniya