EN

"Amazon" qurucusu lüks yaxtası ilə Türkiyəyə gəldi

"Amazon"un qurucusu Türkiyəyə istirahətə gəlib.

Teleqraf.com xəbər verir ki, dünyanın ən zəngin iş adamlarından biri olan 60 yaşlı Ceff Bezos "Koru" adlı lüks yaxtası ilə Bodrumda lövbər salıb.

Ceff Bezosu 500 milyon dollar dəyərində olan lüks yaxtası ilə yanaşı, mühafizə ilə təmin edən 60 metrlik "Abeona" adlı yaxtası da müşayiət edib.

Bir müddət Bodrumda yaxtasında istirahət edən Ceff Bezos daha sonra Yunanıstanın Kos adasına yollanıb. Bezos helikopteri və mühafizə ordusunu daşıyan yaxtanın bir həftəlik kirayəsi üçün 475 min dollar ödəyib.

"Koru" yaxtası "Amazon" qurucusu Ceff Bezosa məxsus lüks özəl superyaxta sinfinə aiddir. Yaxta 2021-ci ildə Hollandiyada "Oceanco" şirkəti tərəfindən hazırlanıb və 2023-cü ilin aprelində təhvil verilib.



Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
teleqraf.com

1Sources