EN

Ukrayna Ordusu Sevastopola zərbə endirib -5 nəfər ölüb, 100-dən çox yaralı var

Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb.

OXU24.COM  xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev “Telegram”-da paylaşım edib.

Yerli vaxtla saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Sevastopolda raket zərbəsinin endirildiyi Üçkuyevka parkının ərazisinə giriş-çıxışı, o cümlədən park boyu dənizə gedən yolu bağlayıblar.

 

Chosen
113
2
oxu24.com

3Sources