EN

Dərbənddə sinaqoq və kilsəyə silahlı hücum edildi- 1 polis öldü, 6-sı yaralandı...

Image

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər pravoslav kilsəsinə hücum edib. Hadisə şahidləri silah səslərinin eşidildiyini və ardınca bölgədən duman yüksəldiyinin göründüyünü bildiriblər. Sinaqoqda da yanğın baş verib.

Polis məntəqəsində açılan atəş nəticəsində 1 polis əməkdaşı həlak olub, 6 polis əməkdaşı yaralanıb.

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər Dərbənddə sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. Hücum saat 18:00 radələrində edilib. İlkin məlumata görə, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.

Şübhəlilər ağ rəngli “Volkswagen Polo” markalı avtomobillə hadisə yerindən qaçıblar. Polis hücum edənləri tutmaq üçün əməliyyata başlayıb.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources