Dərbənddə kilsəyə hücum zamanı bir keşiş və kilsə mühafizəçisi həlak olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qeyd edək ki, Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum ediblər.
***
20:10
Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 18.00-da baş verib. İlkin məlumata görə, bir polis əməkdaşı ölüb, biri yaralanıb.
Şübhəlilərin hadisə yerindən qaçdığı “Volkswagen Polo” markalı avtomobil axtarılır.
***
20:01
Dərbənddə naməlum şəxslər pravoslav kilsəsinə və sinaqoqa hücum edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində polis əməkdaşı həlak olub.