"Mançester Siti" klubu təhdid edilib.

Offsideplus.az xəbər verir ki, futbol məlumatları sızdıran haker Rui Pinto "Siti" barədə sensasiyaya səbəb olacaq sənədləri yayacağını açıqlayıb. Pinto klubun maliyyə feyr-pley qaydalarını pozması I sübut edəcək sənədləri sızdıracağını bildirərək, klubu təhdid edib. 

"Mail Sport"un məlumatına görə, haker əmindir ki, həmin məlumatlardan sonra səlahiyyətli şəxslər tərəfindən klub cinayət məsuliyyətinə cəlb olunacaq.