EN

Qəza zamanı avtomobildə ən təhlükəsiz yer hansıdır? - ARAŞDIRMA

Avtoqəza zamanı avtomobildə hansı yerin daha təhlükəsiz olduğunu araşdırmağa çalışmışıq.

Avtosfer.az xəbər verir ki, belə bir anlayış var: toqquşma zamanı instiktiv olaraq sürücü özünü qorumaq üçün mütləq manevr edir. Buna görə də avtomobildə ən təhlükəli yer ön sərnişin oturacağı, ən təhlükəsiz yer isə sürücünün arxasındakı oturacaq hesab olunur.

Ümumiyyətlə, arxa cərgə ön oturacaqlardan daha təhlükəsiz yer sayılır.

Çünki, toqquşma anında qabaqda oturanlarla müqayisədə, arxada oturanların sağ qalmaq şanslarını artıran əlavə yer (sürücü oturacağı ilə arxa oturacağın arasındakı məsafə nəzərdə tutulur) olur. Toqquşma avtomobilin arxa hissəsindən olduqda onları yük yeri qoruyur. 

Məlumdur ki, toqquşma yan hissələrdən də baş verir və bu zaman arxa hissə də ön hissə qədər təhlükəli olur.

Buna görə də, əgər başaltı varsa, maşında ən təhlükəsiz yer arxa orta oturacaq hesab olunur.

Самое

Avstraliyada müasir avtomobillərdə aparılan araşdırmanın nəticəsi isə ortaya fərqli baxış qoyub. Bu araşdırmaya görə, qəza zamanı ən təhlükəsiz yer ön sərnişin oturacağıdır: təhlükəsizlik yastığı və kəmər sayəsində sərnişin ciddi xəsarət almaqdan qorunur.

Lakin, bu araşdırmanın nəticəsini ötən əsrin 90-cı illərində və ondan əvvəl istehsal olunmuş köhnəlmiş avtomobillərə şamil etmək olmaz.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
avtosfer.az

1Sources