ABŞ məsuliyyət daşıyır, cavabını verəcəyik - Rusiya MN
Sevastopola ATACMS raketləri ilə zərbəyə görə məsuliyyət ilk növbəti Ukraynanı silahla təmin edən Vaşinqtonun və Ukrayna hakimiyyətinin üzərinə düşür.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Nazirliyin bəyanatında bildirilib ki, bu hücum cavabsız qalmayacaq.