EN

“Edmonton” tarixi geridönüşə çox yaxındı

“Florida” – “Edmonton” seriyasında qeyri-adi hadisələr baş verir və bunun əsas səbəbkarı “neftçilər”in forvardı Konnor Makdeviddi.

“Football-plus.az” xəbər verir ki, “Florida” iyunun 14-də növbəti qələbədən sonra seriyada 3:0 önə çıxanda çoxları bu işin bitdiyini düşündü. Baxmayaraq ki, 21-ci əsrdə Stenli kuboku uğrunda heç bir seriya 4:0 hesabıyla bitməyib. Sonuncu dəfə 1998-ci ildə “Detroyt” “Vaşinqton”a bu hesabla qalib gəlib. Bəli, iyunun 16-da “Florida”nı darmadağın edən “Edmonton” seriyanın axarını dəyişdi. İyunun 19-da keçirilən oyun da “neftçilər”in qələbəsi ilə bitdi. Bu qələbə 2 qol və 2 məhsuldar ötürmə ilə töhfə verən Makdevid faktiki hokkey tarixini yenidən yazır. 27 yaşlı kanadalı 21-ci əsrdə Stenli kuboku uğrunda turnirdə 40-dan artıq xal toplayan ilk hokkeyçidi. İndi onun hesabıbda 8 qol və 34 ötürmə var (42 xal). Ümumiyyətlə, əvvəllər yalnız Ueyn Qretski (1998-də 43, 1985-də 47) və Mario Lemye (1991-də 44) bir pley-offda bundan çox xal toplayıb.

Konnor daha bir şəxsi məhsuldarlıq rekordu müəyyənləşdirib. O, cari mövsümdə artıq 174 xal toplayıb. Kanadalı müntəzəm çempionatda 132 (32+100), Stenli kubolunda isə 42 (8+34) xal toplayıb. Onun indiyəqədərki ən yaxşı nəticəsi 173 xal olmuşdu.

Makdevid sonuncu – 5:3 hesablı qələbəni belə şərh edib:
“Pley-offda oynamaq çox xoşuma gəlir. Seriyanı ən azı daha bir oyun uzatdığımıza görə sevinirik. Stenli kuboku mövsümün ən maraqlı dönəmidi. Xüsusən də belə komanda, belə şəhər və belə fanatlar ilə. Onlar bizi belə oynamağa məcbur edir. 6-cı oyunda da arenanın enerjisini gözləyirəm”.


Xatırladaq ki, final seriyasının 6-cı oyunu bu gün keçiriləcək.

16 iyun
Edmonton – Florida 8:1 (3:1, 3:0, 2:0)
Seriyada hesab – 1:3.
19 iyun
Florida – Edmonton 3:5 (0:1, 2:3, 1:1)
Seriyada hesab – 3:2.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources