EN

"Polşa Belarusla sərhəddin tamamilə bağlanmasını nəzərdən keçirir" - Polşa XİN rəhbəri

"Hazirda Polşanın şəeq sərhəddində vəziyyət Rusiya və Belarus xidmətlərinin tam nəzarətindədir..."
 
"Finlandiya Rusiya ilə sərhəd keçidlərini bağlayıb və bununla da vurnuxmaya son qoyulub..."
 
Polşa Belarusla sərhəd keçidlərinin bağlanmasının mümkünlüyünü nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bəyan edib. Məlumatı "virtualbrest.ru" nəşri yayıb.
 
"Hazırda biz bunun iqtisadiyyatımız və yerli icmalar üçün hansı nəticələr törədəciyini öyrənirik", - o, TVN24 kanalının efirində deyib.
 
Polşalı nazir qeyd edib ki, məsələn, Finlandiyada "Rusiya ilə sərhəd keçidləri bağlanıb və bununla da vurnuxmaya son qoyulub".
 
O, həmçinin qeyd edib ki, Polşanın şərq sərhəddində vəziyyət "hazırda Rusiya və Belarus xidmətlərinin tam nəzarətindədir".
 
"Belarus zabitlərinə Polşa əsgəri, Polşa sərhədçisinə hətta onlar gödəkçədə olduğu zaman necə zərbə endirmək barədə təlimatlandırılması" xüsusilə hiddət doğuran haldır", - Sikorski vurğulayıb. O, əlavə edib ki, belə hərəkətlər tamamilə yolverilməzdir.
 
"Biz bunların təsirini təhlil etdikdən sonra qərar verəcəyik, qoy biz yox, Lukaşenko bunun nəticələrini hiss etsin", - nazir əlavə edib.
 
Polşa-Belarus sərhəddində vəziyyət
 
Bir neçə həftə öncə Belarusla sərhəddə Polşa sərhədçisi aldığı bıçaq yarasından həlak olub. 
 
İnsident 50 nəfər əcnəbinin Polşa sərhədçiləri tərəfə ağac budaqları və daşlar atdığı zaman baş verib. 
 
Miqrantların sərhəddi keçməyə cəhd etdiyi zaman onlardan biri bıçaqla polşalı hərbçini yaralayıb.
 
Bu günlərdə bəlli olub ki, polşalı fermerlər sərhədçilərə hücum edən qeyri-leqal miqratlardan yaxa qurtarmaq üçün Belarusla sərhəddə donuz peyini səpələməyə başlayıb. 
 
Fermerlər buna Polşa hakimiyyətindən icazə aldığını iddia edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
moderator.az

1Sources