EN

Alban futbolçuya irqçi fikirlərə görə 2 oyun cəza

AVRO-2024-də Albaniya yığmasının futbolçusu Mirlind Daku 2 oyun diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bunu səbəb onun irqçi fikirlər söyləməsidir.

Çempionatın 2-ci turunun Albaniya – Xorvatiya görüşündən sonra Daku serblərə və şimali makedonların ünvanına təhqiredici ifadələr işlədib. UEFA tərəfindən araşdırma aparılıb və 26 yaşlı futbolçu 2 oyun cəzalandırılıb. O, qrup mərhələsinin 3-cü turunda İspaniya ilə oyunu və komanda 1/8 finala yüksələrsə bu mərhələnin matçını kənardan izləyəcək.

Qeyd edək ki, Daku çempionatda cəmi 6 dəqiqə meydan olub. Albaniya 2 oyundan sonra 1 xal toplayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
3
idman.biz

5Sources