EN

Şotlandiyalı qadın azarkeşdən maraqlı performans - VİDEO

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında mübarizə aparan Şotlandiya millisinin azarkeşi əllərinin köməyi olmadan bir stəkan pivə içib.
 
Onun bu performansını ətrafdakılar alqışlarla qarşılayıblar.
 
Qeyd edək ki, iyunun 23-də Ştutqartdakı "Mercedes-Benz Arena"da Şotlandiya və Macarıstan yığmaları arasında qrup mərhələsinin üçüncü turunun oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
 
Öncəki turlarda Şotlandiya İsveçrə millisi ilə 1:1 hesablı heç-heçə edib, turnirin açılış matçında isə Almaniya yığmasına 1:5 hesabı ilə uduzub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
3
moderator.az

4Sources