EN

Kvaratsxeliya: "Nəticədən məmnunam, amma məyusluqlar da var"

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunun Çexiyaya qarşı keçirdikləri oyunun nəticəsini şərh edib. 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, gürcü futbolçu komandasının qrupun son turunda Portuqaliyaya qarşı keçiriləcək görüşdə maksimumu edəcəklərini bildirib:

"Nəticədən razıyam. Bir xal qazandıq. Amma bir az məyusluq da var. Çünki son dəqiqədə qol şansını əldən verdik. İki xalı itirdik. Biz hər rəqibə hörmət edirik. Lakin həmişə daha da yaxşılaşmaq istəyirik. Son turda  Portuqaliyaya qarşı əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Gürcüstan – Portuqaliya matçı iyunun 26-da baş tutacaq və görüşə 23:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
sportal.az

1Sources