EN

Qum adası sakinləri işıq problemindən şikayətləndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suraxanı rayonu, Qum adası qəsəbəsinin sakinləri elektrik enerjisinin zəif olmasından şikayətçidirlər.
Onların sözlərinə görə, bu problemə görə kondisioner, soyuducu kimi məişət avadanlıqları dəfələrlə sıradan çıxıb.
Sakinlər kəskin istilər zamanı kondisioner işləmədiyinə görə, gecəni həyətdə keçirməli olurlar.
Məsələ ilə bağlı Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvi Həsənov bildirib ki, yüklənmə səbəbindən işığın verilişi zəifdir.
Ərazidə yaxın zamanda yeni elektrik güc mərkəzləri yaradılacaq:
"Üç-dörd gün içində elektrik enerjisi tam bərpa olunacaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
28
oxu.az

10Sources