EN

Türkiyədə xaricə qaçmağa çalışan 16 terrorçu yaxalanıb

Ədirnədə xaricə qaçmağa çalışan FETÖ, PKK və DHKP-C terror təşkilatlarına üzv olan 16 şübhəli yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şəhər qubernatorluğu məlumat yayıb. 

Məlumata görə, Bölgə Jandarma Komandanlığı qruplarının özfəaliyyət bölmələri tərəfindən aparılan işlər çərçivəsində son bir həftədə xaricə qaçmağa çalışan 16 terror təşkilatı üzvü sərhəddə yaxalanıb.

Şübhəlilərdən 11-nin FETÖ, 3-nün DHKP-C, 2-nin isə PKK üzvü olduğu müəyyən edilib.

Araşdırmalar davam edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources