EN

Venesuelada güclü zəlzələ baş verib

Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 kilometr şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.(oxu.az)


BiG.Az
Chosen
122
19
big.az

10Sources