EN

Ermənistanda oteldə PARTLAYIŞ

Ermənistanın “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb.

Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.

Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.

Chosen
98
4
publika.az

5Sources