EN

İsrail ordusu İordan çayının qərb sahilində daha 13 nəfəri saxlayıb


İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terrorla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qalqilya şəhərində reyd zamanı təhlükəsizlik qüvvələri partlayıcı maddələrin hazırlanması üçün materiallar, həmçinin terror fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulmuş 70 min şekel (təxminən 19 min dollar) nağd pul ələ keçiriblər:
“Saxlanılan və müsadirə edilən bütün vəsaitlər əlavə araşdırmalar üçün İsrailin təhlükəsizlik xidmətlərinə verilib”.
Reydlər zamanı İsrail tərəfdən itkilər olması barədə hər hansı məlumat yoxdur.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən – Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb. Onlardan təxminən 1750 nəfəri Fələstinin HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.
Chosen
89
3
yeniavaz.com

4Sources