EN

"Qəbələ" bu legionerləri komandada saxlaya bilər

2023/2024 mövsümündə Premyer Liqanı sonuncu pillədə başa vuran "Qəbələ" yeni sezona Birinci Liqada başlayacaq.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi heyətindəki bəzi legionerlərlə bağlı qərar qəbul edib. 

Klub rəhbərliyi komandaya uyğunlaşan və yeni mövsümdə faydalı ola biləcək bəzi əcnəbi futbolçuları 1-ci Liqada kömək üçün saxlamağı planlaşdırır. Artıq həmin legionerlərlə danışıqlara start verilib.

Bununla yanaşı, "Qəbələ" bəzi legioner transferlərini də reallaşdıracaq. 

Qeyd edək ki, bölgə klubu Bilel Auaşeriya, Lukas Afriko, Ahmed Ayzaya, Əyyub Allaş, Klesio Bauk, Yaovi Akakpo, Gilad Abramov, Osama Xalayla ilə yollarını ayırıb.

Hələ ki, "Qəbələ"nin yollarını ayırmadığı legionerlər Zurab Oçiqava, Kristof Atanqana və Samuel Tettehdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
sportal.az

1Sources