Polşa yığması Avropa çempionatlarında 2-ci turdan sonra mübarizəni dayandıran 3-cü yığma olub.
İdman.biz xəbər verir ki, komanda Ukrayna və Şimali Makedoniyanın uğursuzluğunu təkrar edib.
AVRO-2024-də keçirdiyi hər 2 oyunda uduzan polşalılar son tutrun nəticəsindən asılı olmayaraq qrupda sonuncu yeri tutacaqlar. Ukrayna komandası AVRO-2016, Şimali Makedoniya isə AVRO-2020-də qrup mərhələsində 3 görüşünü də məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, Polşa millisi son turda Fransa ilə qarşılaşacaq.
İdman.biz