EN

Azərbaycan klubu üçüncü legionerə də qapını göstərdi

"Sabah" Kristian da Silvayla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətində məlumat yayılıb.

Braziliyalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Masazır təmsilçisi Kristiana kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qəsəbə klubunun daha əvvəl gürcüstanlı hücumçu Davit Volkov və ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla vidalaşmasını xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
sportinfo.az

1Sources