EN

"Qarabağ" Estoniyada beynəlxalq turnirdə çıxış edəcək – ÖZƏL

"Qarabağ"ın daha bir komandası ölkə xaricində təşkil olunan beynəlxalq turnirdə çıxış edəcək.

Prosport.Az-ın xəbərinə görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu 16 yaşadək komanda (U-16) Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq turnirə qatılacaq.

"Tallinn Cup" adlanan turnir 3-7 iyul tarixlərində keçiriləcək. Bu turnirdə bir neçə yaş qrupu üzrə meydan sahibi Estoniyadan başqa, Lüksemburq, Finlandiya, Latviya, İsveç, Litva, İtaliya, Portuqaliya, Polşa və Serbiya kimi ölkələrdən komandalar mübarizə aparacaq.

Qeyd edək ki, ötən mövsümün gedişatında "Qarabağ"ın U-9, U-13, U-14, U-15 və U-17 komandaları Türkiyə, Belarus və Qətərdə beynəlxalq oyunlarda qüvvələrini sınayıb. U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən "Bizim gələcəyimiz" adlı turnirdə çempion olmağı da bacarıb.

Chosen
110
prosport.az

1Sources