EN

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Məleykə

Bakı, 23 iyun, AZƏRTAC

Ümumi səriştələri ölçən alətlərin – situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üçün mütəxəssislərin yetişdirilməsi məqsədilə “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzin əməkdaşları xarici mütəxəssislər tərəfindən verilən təlimlərdə iştirak ediblər. Təlim çərçivəsində xarici mütəxəssislərin bilavasitə müşahidə və nəzarəti altında Mərkəzin əməkdaşları situasiya mühakimə testləri üzrə müxtəlif səriştələrin ölçülməsi üçün nəzərdə tutulmuş yüzlərlə tapşırıq hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

DİM-in rəhbəri bildirib ki, situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesini intensivləşdirmək və bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi prosesinin əhatə dairəsini genişləndirmək məqsədilə müxtəlif sahələr üzrə çalışan mütəxəssisləri Mərkəz prosesə cəlb edib. Müəyyən edilmiş meyarlar əsasında mütəxəssislər seçilmiş, onlara situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üzrə təlimlər keçirilib. Təlim materialını uğurla mənimsəmiş iştirakçılarla müqavilə bağlanıb, onlar situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesinə cəlb edilib. Hazırda ekspert qrupunun formalaşdırılması prosesi davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
3
azertag.az

4Sources